Tanınmış azərbaycanlı idmançıdan nazirliyin vəzifəli şəxslərinə SƏRT ETİRAZ

13 Avqust 2020 12:44 Digər növlər 1 526
Tanınmış azərbaycanlı idmançıdan nazirliyin vəzifəli şəxslərinə SƏRT ETİRAZ

Gənclər və idman naziri Azad Rəhimov bugünlərdə qeyri-olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə videokonfrans keçirib.

O, olimpiya idman növlərində vəziyyətin nisbətən daha stabil olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdırıb.

Nazir narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu deyib: “İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin!

Mən həqiqətən çox narahatam. İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir.

Düzdür, idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Operativ Qərargah qərar verib. Amma siz haqlı şəkildə “Əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə, o zaman necə edək?” sualını verə bilərsiz. Mən sizi nazirliyə dəvət edirəm".

Azərbaycan Mautay Federassiyasının vitse-prezidenti, kikboksinq üzrə 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev Sportinfo.az vasitəsilə nazirin sölyədiklərinə münasibət bildirib:

"Gənclər və İdman Nazirliyində çalışan bir sıra vəzifəli şəxslər Olimpiya növləri ilə qeyri Olimpiya növləri arasında ayrı-seçkilik yaradıır. Qeyri Olimpiya növləri ilə məşğul olan itdmançıların bir qədər geridə qalması bu ayrı-seçkiliyin, laqeyd münasiəbtin nəticəsidir.

Mən bu sahədə olan və nəticə vermiş bir tdmançı kimi bunu deyirəm. Hər zaman bir azərbaycanlı kimi qeyri Olimpiya növləri üzrə nəticə göstərən idmançılarımızın yanında olmuşam.

Çalışmışam ki, bizdən sonra inkişaf edən gəncliyə kömək əlimizi uzadaq, problemlərinin həllinə cüzi də olsa, yardımımız dəysin.

Nə taksi sürmək, nə iş axtarmaq… Avropa və dünya çempionu titulunu qazanan neçə-necə idmançı tanıyıram ki. Gənclər və İdman Nazirliyinə yaxın düşə bilmirlər.

Bəzi vəzifəli şəxslər onları buradan uzaqlaşdırır, digərləri ilə aralarında fərq qoyur. Halbuki Baxmayaraq ki, cənab Prezidentimiz nazirliyə kifayət qədər qayğı göstərir, şərait yaradır.

Qaldırdığımız bayraq eyni millətin bayrağıdır. Tarixə və Qarabağ müharibəsinə dönsəz, bu yolda şəhid olan, igidliklə döyüşən nə qədər idmançımız var. İndi belə şeylərə yol vermək lazım deyil.

Bu gün qeyri Olimpiya növlərinin idmançıları arasnda nazirliyə qarşı böyük narazılıq yaranıb. Mənə bununla bağlı dəfələrlə müraciət edilib. Həm ictimaiyyətdə tannan bir şəxs, həm keçmiş idmanç, həm də bir federasiya rəsmisi kimi.

Həmin idmançlar məndən xahiş edir ki, cəmiyyətə açıqlama verim. Dövlət başçısına müraciət edim. Belə faktlar çoxdur. Nazirlikdə oturan 1-2 şəxs qaldırılan bayraqları belə fərqləndirir.

Bu, hər zaman problem yaradır. Müharibədə şəhidlik zirvəsinə ucalanlar da, döyüş bölgəsində xidmət edənlər də qeyri Olimpiya növlərindən çıxan idmançılardır. Onları diqqəətdən kənarda saxoamaq, birinci-iki kateqoriyaya bölmək yolverilməzdir.

Hər kəs xalqının, ölkəsinin, dövlətinin, prezidentinin yanında olduğu kimi. İdmançısının da yanında olmalıdır. Ögey münasibəti qəbul etmirik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı