Azərbaycan millisinin baş məşqçisi əcnəbi gimnasta hədiyyə göndərdi - FOTO

31 İyul 2020 13:54 Digər növlər 1 014
Azərbaycan millisinin baş məşqçisi əcnəbi gimnasta hədiyyə göndərdi - FOTO

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva Nikaraqua gimnastı Sofiya Estradaya bir dəst alət (ip, top, gürzlər, lent) və yarış geyimi hədiyyə edib.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, hər şey Nikaraqua Gimnastika Federasiyasının idmançının anasının köməyi ilə onlayn məşq üçün hazırladığı plastik şüşə və borulardan düzəldilmiş gürzlərlə bağlı etdiyi paylaşımla başlayıb.

AGF-nin İcra Komitəsinin də üzvü olan Vasileva paylaşımdan bir neçə dəqiqə sonra qarşı tərəflə əlaqə saxlayaraq məşq və yarış üçün bütün lazımi ləvazimatları hədiyyə etmək istədiyini bildirib.

Nikaraqua Gimnastika Federasiyasının prezidenti Kenia Herrera baş məşqçinin gimnastın öz xəyalını gerçəkləşdirməsini arzuladığını və bu səbəbdən onu gimnastikanın yüksək səviyyədə olduğu Avrasiya ölkəsinə təlim-məşq toplanışına dəvət etmək imkanının olacağını söyləyib.

Aldığı hədiyyədən ruhlanan və layiqli gimnast olmaq üçün bütün gücü ilə məşq edən gimnastın arzusu Nikaraquanı qürurla təmsil etmək, beynəlxalq yarışlarda ölkəsinə qızıl medal qazandırmaqdır.

Əslən Siudad-Sandinodan olan 12 yaşlı idmançı elastikliyinə görə 7 yaşından baletlə məşğul olurdu. Bu ilin fevral ayında o, öz bacarığını bədii gimnastikada sınamağa qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda