"Avropa çempionatlarının ləğvi ilə bağlı razılığa gəldik"

8 Aprel 2020 13:40 Digər növlər 425
"Avropa çempionatlarının ləğvi ilə bağlı razılığa gəldik"

“Keçən ay hamımız koronavirus xəstəliyinin yayılması və ətrafındakı stres artımı ilə əlaqədar vəziyyətin daha da ağırlaşma halını yaşadıq”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov qurumun rəsmi saytındakı şəxsi bloqunda yazıb.

F.Qayıbov fevralda bu məsələnin növbəti ay həll olunacağına ümid etdiklərini xatırladıb: “Ancaq təəssüf ki, koronavirus yayılaraq Avropanın böyük hissəsini ağır vurdu.

Vəziyyət pisləşdikcə yarışlara ev sahibi edəcək ölkələr təbii olaraq, qarşıdakı hadisələri təxirə salmağa başladılar. Bakıdakı bədii gimnastika üzrə Dünya Kuboku iki günlük təsnifat yarışlarından sonra dayandırıldı.

Hökumət bu xəstəliyin yayılmasının qarşısını almaq üçün kütləvi tədbirləri ləğv etdi, daha sonra final mərhələləri keçirilmədi. Bir çox ölkə sərhədlərində səyahət məhdudiyyətləri tətbiq etməyə başladı, aviaşikətlər uçuşları ləğv etdi”.

Qurumun prezidenti bütün addımların idmançıların və qitə miqyaslı yarışlarda iştirak edən insanların təhlükəsizliyi üçün atıldığını vurğulayıb: “Aprel və mayda keçirilməsi planlaşdırılan bütün Avropa çempionatlarının ləğvi ilə bağlı razılığa gəldik.

Vəziyyət qeyri-müəyyən olduğundan, yarışlar üçün yeni tarix təyin etmək bir az çətindir. Durumu hər gün izləyir və bu məsələ ilə bağlı ev sahibi ölkələrlə əlaqə saxlayırıq. Hər halda, yarışlarımız payızdan əvvəl keçirilməyəcək”.

F.Qayıbov hazırda dövlət başçılarının və müvafiq qurumların koronavirusun geniş yayılmaması üçün bir sıra profilaktik tədbirlər gördüyünü diqqətə çatdırıb:

“Onlar insanların təhlükəsizliklərini təmin etmək üçün əllərindən gələni edirlər. Bu vəziyyətdə evdə qalmaqdan, səbr etməkdən və təhlükəsiz olmaq üçün bütün dünyada fərdi təcrid və gigiyena təlimatlarına əməl etməkdən başqa işimiz yoxdur”.

Azərbaycanlı funksioner bir sıra federasiyaların onlayn gimnastika dərsləri təşkil etdiyini də diqqətə çatdırıb: “İnsanları evdə qalmağa, pozitiv olmağa və təslim olmamağa təşviq edən müxtəlif video çarxlar görürük.

Bu günlərdə qarşılaşdığımız çətinliklərə dözməliyik. Yoluxmuş insanların azalması və sağalması ilə əlaqədar xoş xəbərlərdən məmnun olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"