Bir neçə variant təklif etdi – Azərbaycanla bağlı

21 Mart 2020 09:00 Digər növlər 898
Bir neçə variant təklif etdi – Azərbaycanla bağlı

Avstriyanın “Red-Bull” komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko Formula-1-in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib.

Sportinfo.az "Motorsport Total"a istinadən xəbər verir ki, o, koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib.

Marko bildirib ki, cümə məşqləri olmadan 2 günlük uik-end yarışları keçirmək olar. Məsləhətçi həmçinin bəzi trasslarda 2 qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib.

Formula-1-də Azərbaycan qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti