Azərbaycana 506,3 milyon dollar qazandırıb - Bakı yarışması

12 Fevral 2020 17:10 Digər növlər 660
Azərbaycana 506,3 milyon dollar qazandırıb - Bakı yarışması

Son 4 ildə Bakıda keçirilmiş "Formula 1" üzrə Qran-prilərin Azərbaycan iqtisadiyyatına təsiri 506,3 milyon ABŞ dollarıdır.

Sportinfo.az xəbər verir ki, bunu PwC şirkətinin ölkə üzrə İdarəedici tərəfdaşı Mövlan Paşayev deyib.

O bildirib ki, iqtisadi təsir ildən-ilə artıb. 2019-cu ildə birbaşa təsir 117 milyon ABŞ dolları, dolayı təsir isə 48,1 milyon ABŞ dollarına bərabərdir.

Ən çox təsir isə tikintiyə olub. Bu il Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti