Elşən Avropa birincisi oldu

9 Dekabr 2019 00:00 Digər növlər 512
Elşən Avropa birincisi oldu

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Sportinfo.az xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Elşən Məmmədov yaşı 15-ə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 106 kq nəticə ilə bu hərəkətdə gümüş medal qazanıb.

Təkanla qaldırma hərəkətində 129 kq nəticə göstərən idmançımız bu hərəkətdə bürünc medala sahib çıxıb. Toplam 235 kq (106+129) nəticə ilə Elşən Məmmədov Avropa birinciliyinin qalibi adına layiq görülüb.

Bu, onun ikinci belə nəticəsidir. Belə ki, Məmmədov ötən il İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində də qızıl medal əldə etmişdi.

Qasım İsmayılov da yaşı 15-ə qədər olan atletlərdə 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 185 kq (83+102) nəticə ilə 6-cı pillədə qərarlaşıb.

Yaşı 17-yə qədər olan atletlərdə 55 kq çəki dərəcəsində Əvəz Tağıyev qüvvəsini sınayıb. Atletimiz toplam 210 kq (94+116) nəticə ilə yekun sıralamada 9-cu yeri tutub.

Yaşı 17-yə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində Tehran Məmmədov da qüvvəsini sınayıb. Atletimiz toplam 220 kq (100+120) nəticə ilə yekun sıralamada 9-cu yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti