Federasiyanın növbəti iclası keçirildi - Müzakirə olunan məsələlər

5 Aprel 04:00 Digər növlər 474
Federasiyanın növbəti iclası keçirildi - Müzakirə olunan məsələlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantı qurumun mənzil-qərargahında vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə gerçəkləşib.

İclasda milli komandaların məşqçiləri ilə yanaşı, inzibatı heyətin əməkdaşları da iştirak ediblər.

Yığmanın təlim-məşq toplanışının yekunları ilə bağlı məşqçilərin hesabatı dinlənilib və qarşıdakı yarışlara hazırlıq səviyyəsi müzakirə olunub. İdmançıların yeni çəki dərəcələrinə keçidi və uyğunlaşma dövrünə nəzarət məsələləri ilə bağlı məşqçilər heyətinə konkret tapşırıqlar verilib.

Atletlərin inkişaf dinamikası ilə əlaqədar mütəmadi hesabatların hazırlanması onlara həvalə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!