Çingiz, Leyla və Sima Avropa çempionatında mübarizə aparacaq

04:30 Digər növlər 55
Çingiz, Leyla və Sima Avropa çempionatında mübarizə aparacaq

İdman dırmanması üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında (sürət və çətinlik növləri) iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.

Avqustun 28–30-da keçiriləcək yarışda ölkəni Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər. İdmançılar sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.

Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!