Olimpiya Oyunlarının bürünc medalçısı gimnastlarımıza ustad dərsi keçdi - FOTOLAR

18 İyul 05:00 Digər növlər 245
Olimpiya Oyunlarının bürünc medalçısı gimnastlarımıza ustad dərsi keçdi - FOTOLAR

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə London 2012 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Matteo Morandi tərəfindən ustad dərsi keçirilib.

Sportinfoaz xəbər verir ki, ustad dərsində kişi idman gimnastikası üzrə milli komandamızın üzvləri iştirak ediblər.

Təlim zamanı Matteo Morandi öz zəngin beynəlxalq yarış təcrübəsini gənc gimnastlarla bölüşərək müxtəlif gimnastika elementlərinin texniki icrası, məşq prosesinin səmərəli təşkili və yarışlara hazırlıq prinsipləri barədə ətraflı məlumat verib.

Ustad dərsi boyunca iştirakçılar məşq prosesində fərdi yanaşmanın əhəmiyyəti, hərəkətlərin düzgün texnikası və yüksək nəticələrin əldə olunması üçün vacib məqamlarla tanış olublar.

Gimnastlar, həmçinin onları maraqlandıran sualları ünvanlamaq və dünya səviyyəli idmançının təcrübəsindən faydalanmaq imkanı əldə ediblər.

Olimpiya Oyunlarının bürünc medalçısı gimnastlarımıza ustad dərsi keçib

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!