Ağır məğlubiyyətdən sonra ilk AÇIQLAMAnı verdi: “Bacarmadım”

16 İyun 01:50 Digər növlər 3 716
Ağır məğlubiyyətdən sonra ilk AÇIQLAMAnı verdi: “Bacarmadım”

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə Niderlandın Rotterdam şəhərində keçirilən nüfuzlu "Glory100" yarışındakı ağır məğlubiyyətdən sonra ilk dəfə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, sosial media səhifəsində azarkeşlərə müraciətində bu sözləri yazıb.

"İdmanda bəzən qalib gəlirsən, bəzən isə uduzursan. Dünən mən uda bilmədim və sizə sevinmək, mənimlə fəxr etmək şansını verməyi bacarmadım.

Hərdən emosiyalara nəzarət etmək çətindir. Bu, bəhanə deyil. Lakin daha güclü qayıdacağıma söz verirəm.

Mən rəqibimi qələbə münasibətilə təbrik edirəm. Gələn dəfə görüşərik. Sizi sevirəm və dəstəyinizə görə minnətdaram", - deyə B.Rəcəbzadə vurğulayıb.

Yarışın 3-cü qrupunda çıxış edən "Qızıl qurd" ləqəbli həmyerlimiz birinci döyüşdə albaniyalı Asdren Qaşini 1-ci raundda nokaut edib.

Amma qrup qalibi olmaq uğrunda yerli Mari Kromahla görüşdə məğlubiyyətdən qaçmaq mümkün olmayıb. Bu dəfə güclü diz zərbəsindən sonra Bəhram özü birinci raundda nokauta düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu