Bakıdakı Dünya kubokunda iştirak etmək istəyən ölkələr

03:40 Digər növlər 66
Bakıdakı Dünya kubokunda iştirak etmək istəyən ölkələr

Bakıda gimnastika növləri üzrə Dünya kuboku seriyası akrobatika ilə davam edəcək.

Sportinfo.az xəbər verir ki, batut və tamblinq, bədii və idman gimnastikası üzrə mərhələlərdən sonra Azərbaycan paytaxtı iyunun 13-15-də akrobatika üzrə Dünya kubokuna ev sahibliyi edəcək.

Hazırda yarışa yeddi ölkədən 63 idmançı üçün müraciət olunub. Milli Gimnastika Arenasında Azərbaycan, həmçinin Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistan akrobatlarının qatılacaqları məlumdur.

Akrobatika üzrə Dünya kuboku artıq 2018-ci ildə Bakıda keçirilib, üç il əvvəl paytaxtımızda bu növ üzrə dünya çempionatı və dünya yaş qrupu yarışları keçirilib.

Dünya kuboklarının hazırkı seriyasına gəlincə, o, beş mərhələdən ibarətdir.

Mövsüm martın əvvəlində Belçikanın Puurs-Sint-Amands şəhərində başlayıb, növbəti turnir Burqasda (Bolqarıstan, 30 may – 1 iyun) keçiriləcək, ondan sonra növbə Bakıya çatacaq.

Daha sonra Dünya kuboku Aalendə (Almaniya, 19-21 iyun), final mərhələsi isə Rjeşofda (Polşa, 27-29 iyun) keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti