Azərbaycanın bədii gimnastika komandası Avropa Kubokunda gümüş qazandı

17 May 2025 00:00 Digər növlər 563
Azərbaycanın bədii gimnastika komandası Avropa Kubokunda gümüş qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda 3 top və 2 halqa ilə mübarizədə ikinci olub.

Onların çıxışı 25,150 xalla qiymətləndirilib.

Yığma 5 lentlə kompozisiyanın icrasında dördüncü olub. Komanda həmçinin çoxnövçülük üzrə mayın 17-də keçiriləcək finala vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti