Milli Gimnastika Arenasında "ustad dərsi" verildi - FOTOLAR

16 Dekabr 2024 18:40 Digər növlər 639
Milli Gimnastika Arenasında "ustad dərsi" verildi - FOTOLAR

Milli Gimnastika Arenasında Avropa çempionatının gümüş və dünya çempionatının bürünc medalçısı Fani Piqnitski tərəfindən bədii gimnastika üzrə "ustad dərsi" keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

F.Piqnitski gimnastlara karyerası, uğurları və keçdiyi çətinliklər haqqında danışıb, daha sonra öz texnika və metodları ilə onlara məşq keçib.

Macarıstandan olan idmançı sonda gimnastlara avtoqraf verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT