COP29

Azərbaycanın idman gimnastları Özbəkistanda 5 medal qazandı

16 Noyabr 2024 21:40 Digər növlər 322
Azərbaycanın idman gimnastları Özbəkistanda 5 medal qazandı

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində 5 medal qazanıblar.

Bu barədə Sportinfo.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Miryusif Əhmədzadə (gimnastika atı), Nikita Simonov (halqa) və Aydın Əlizadə (halqa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Əlizadə həmçinin gimnastika atı ilə hərəkətdə gümüş medalı hesabına yazdırıb. Eyni hərəkətin icrasında Tixonov bürünc medalla kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti