Azərbaycanı Rusiyadakı beynəlxalq yarışda təmsil edəcək gimnastlar bilindi

24 İyun 2024 18:20 Digər növlər 452
Azərbaycanı Rusiyadakı beynəlxalq yarışda təmsil edəcək gimnastlar bilindi

Azərbaycanı Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının bədii gimnastika üzrə yarışında təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Yarışda ölkəmizi məşqçi Nəzrin Cəfərzadənin rəhbərliyi altında Şəms Ağahüseynova və Sofiya Məmmədova təmsil edəcək. Hakim kimi isə Səbinə Hacıyeva iş başında olacaq.

“Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları iyunun 26-da başlayıb, iyulun 6-da yekunlaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda