Nazilə dünya çempionatına qatıldı - Səudiyyə Ərəbistanının paytaxtında

5 Sentyabr 2023 12:20 Digər növlər 500
Nazilə dünya çempionatına qatıldı - Səudiyyə Ərəbistanının paytaxtında

4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatında start verilib.

Sportinfo.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Körpücük üzərində ilk olaraq Nazilə İsmayılova çıxıb. O, 49 kq çəki dərəcəsində D qrupunda yarışıb.

Atletimiz toplam 135 kq (60+75) nəticə göstərib. Nazilənin yekun sıralamadakı yeri yuxarı qruplarda çıxışlar bitəndən sonra məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti