Azərbaycan millisi dünya çempionatına qatılacaq - Səudiyyə Ərəbistanında

3 Sentyabr 2023 20:40 Digər növlər 601
Azərbaycan millisi dünya çempionatına qatılacaq - Səudiyyə Ərəbistanında

Azərbaycan millisi sentyabrın 4-17-si aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatına qatılacaq.

Sportinfo.az xəbər verir ki, mundial Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Yarışda 894 atlet (469 kişi, 425 qadın) iştirak edəcək. Azərbaycanı qadınlar arasında Nazilə İsmayılova (49 kq) və Günel Vəliyeva (76 kq) təmsil edəcək.

Kişilərin mübarizəsinə isə İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) qatılacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti