Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcək - Mersin şəhərində

31 Avqust 2023 21:40 Digər növlər 396
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcək - Mersin şəhərində

Azərbaycanın idman gimnastları Türkiyənin Mersin şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, yarışa qatılacaq 4 idmançı qardaş ölkəyə yollanıb.

Kişilər arasında Mənsum Səfərovla Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova qüvvələrini sınayacaqlar.

Dünya Kuboku 1-3 sentyabr tarixlərində təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti