Azərbaycan idmanında maraqlı hadisə - AÇILIŞDAN FOTOREPORTAJ

3 İyun 2023 02:10 Digər növlər 410
Azərbaycan idmanında maraqlı hadisə - AÇILIŞDAN FOTOREPORTAJ

Heydər Əliyev adına İdman Konsert Kompleksində buz meydançasının açılışı olub.

Sportinfo,az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin yaydığı məlumatda bildirilib.

Tədbirin əvvəlində qonaqlar və məktəblilər Dövlət Himnimizi birlikdə ifa ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, buz meydançasının məhz “Heydər Əliyev İli”ndə istifadəyə verilməsi təsadüfi deyil.

Kompleksin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə qoyulub. Müxtəlif illərdə köməkçi zallarda buz meydançası fəaliyyət göstərib.

Bu yaxınlarda isə Gənclər və İdman Nazirliyi tərəfindən kompleksin əsas zalında buz meydançası qurulub.

Meydançanın açılışında 2023-cü il Qran-Pri və Qış Olimpiya Festivalının iştirakçısı Səbinə Əliyeva nümunəvi çıxış göstərib.

Tədbirdə federasiya rəhbərləri, Olimpiya və dünya çempionları, idman səfirləri və idman ictimaiyyətinin nümayəndələri, məktəblilər, eləcə də ahıllar evlərinin sakinləri iştirak ediblər.

Burada fiqurlu konkisürmə və hokkey idman növlərinin inkişaf etdirilməsi üçün tələb olan hər bir imkan var. Müxtəlif yaş qrupları üzrə bölmələr fəliyyətə başlayacaq.

Azərbaycanın yeni buz meydançasının açılışından rəngarəng - Şəkillər







































Digər Xəbərlər
Xəbər Lenti