“Vəhşi kimi döyüşürdük, orta məktəbə getmirdim”

18 Mart 2023 22:40 Digər növlər 355
“Vəhşi kimi döyüşürdük, orta məktəbə getmirdim”

“Bu döyüşə heç vaxt olmadığım qədər hazıram”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş öncəsi mətbuat konfransında deyib.

30 yaşlı idmançı döyüşü səbirsizliklə gözlədiyini bildirib:

“Geyci mənə qalib gəlmək istəyirsə, sona qədər döyüşməlidir. O, yaxşı mübarizə aparır, ayaq zərbələrini sevir.

Mənim güclü başım var, onda isə yoxdur. Mənə qarşı ən yaxşı Geyci gözləyirəm.

Onun mümkün olan ən yaxşı formada olmasını istəyirəm. Çünki Castinə çətin döyüş göstərmək fikrindəyəm”.

Fiziyev bildirib ki, Geyciyə qalib gəldikdən sonra titul uğrunda mübarizədə braziliyalı Çarles Oliveyra və ya amerikalı Beneil Daiuşla qarşılaşmaq istəyir:

“Castinə qalib gəldikdən sonra Dariuşla Oliveyra arasındakı döyüşün qalibi ilə titul uğrunda mübarizə aparmaq imkanı versələr, etirazım olmayacaq.

Fikrimcə, Dariuş bizim divizionda çempionla döyüşməyə hamıdan çox layiqdir. Onunla qarşılaşmaq şansı yaransa sevinərəm”.

Rafael Fiziyev bu idman növünü seçməsinin səbəbini də izah edib:

“Atam döyüş idman növlərinin həvəskarıdır. O, hətta küçə döyüşlərini də sevir.

Buna görə də məni və bütün əmim oğlanlarını bir-birimizlə döyüşdürərdi. İki dollar da mükafat qoyardı.

Hətta bunun üçün əlcəklər almışdı. Hələ orta məktəbə getmirdim, təxminən 5 yaşım var idi.

Vəhşi kimi döyüşürdük. Çünki iki dollar səni kənddə varlı edirdi”.

Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na keçən gecə İngiltərənin paytaxtı Londonda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti