Bakıda keçirilən Dünya Kubokunun bütün qalibləri bilindi

13 Mart 2023 02:40 Digər növlər 231
Bakıda keçirilən Dünya Kubokunun bütün qalibləri bilindi

Azərbaycanda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ikinci final gününün son yarışında kişilərin turnikdə hərəkətlər yarışında qaliblər müəyyənləşib.

İsrail təmsilçisi Aleksandr Myakinin bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. O, 14.200 xal toplayıb.

İkinci yeri yaponiyalı Kazuki Matsumi tutub. Gimnast 14.033 xal toplayaraq gümüş medal qazanıb.

Xorvatiyalı Tin Srbiç 13.666 xalla üçüncü yeri tutub.

Azərbaycan təmsilçisi İvan Tixonov çıxışını 12.200 xalla başa vurub və 8-ci olub.

Milli Gimnastika Arenasında baş tutan yarış martın 9-da start götürüb və bu gün başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti