"Çox yaxşı işləyirlər, onların işindən razıyam" - Fərid Qayıbov

12 Avqust 2022 01:20 Digər növlər 713
"Çox yaxşı işləyirlər, onların işindən razıyam" - Fərid Qayıbov

"Hər kəsi qazanılmış medalla görə təbrik edirəm. Hər bir idmançı fəxri kürsüyə qalxmaq istəyir.

Bilirdik ki, bəzi idman növlərində medal şansları o qədər yüksək deyil.

Həmin idmançılar finala çıxmasalar belə, güclü mübarizə apardılar. Onlara da öz təbriklərimi çatdırıram".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin V İslam Həmrəylik Oyunları çərçivəsində Türkiyənın keçirildiyi Türkiyənin Konya şəhərindəki Atletlər Kəndində təşkil olunmuş Azərbaycan günündə jurnalistlərə açıqlamasında deyib.

Nazir ölkənin İslamiadada 22 idman növündə təmsil olunduğunu xatırladıb:

"Deyə bilmərik ki, bizdə bütün idman növləri tarix boyu güclü olub və həmişə medallar qazanmışıq. Bilirsiniz ki, bir çox federasiya yenidən qurulub.

Yeni rəhbərliklərlə mütəmadi görüşür, strategiyanı müzakirə edirik. Federasiyalar çox yaxşı işləyirlər. Onların işindən razıyam.

Yaxşı menecment yaranıb. Bunun nəticəsi olaraq, hər bir idman növündə şanslar görürük".

F.Qayıbov Konyada komanda üzvləri arasında çox yaxşı ab-hava olduğunu bildirib:

"Məşqçilər, idmançılar hər gün yığışıb medalçıları qarşılayır, ad günlərini qeyd edirlər. Hər birinə minnətdarlığımı bildirirəm.

Siz jurnalistlərə təşəkkür edirəm ki, idmançıların uğurlarını işıqlandırırsınız. İdman könüllülərimiz burada elə ab-hava yaradıblar ki, idmançılarımız özlərini evdə hiss edir.

İndiyədək hər şeydən razıyıq. Ümid edirik ki, belə də davam edəcək".

O, "Azərbaycan günü" ilə bağlı da danışıb:

"Bilirsiniz ki, IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdi. Burada öz mədəniyyətimizi, Türkiyə ilə qardaşlığımızı, həmçinin əvvəlki İslamiadanın bizə nə verdiyini göstərək".

Nazir yarışda iştirak edən hər bir idmançıya inandığını vurğulayıb:

"Hamısının medal qazanmasını istəyirik. Məsələn, dünən kişilərdən ibarət həndbol yığmamız mübarizə apardı.

Son illər həndbolumuzda bir az problem var idi. Neçə aydır məşq edirdilər. Türkiyəyə qarşı oynadılar. İlk hissədə çox yaxşı çıxış etdilər.

Komandamıza inanırdıq. Türkiyənin çempionatına, klublarının sayına baxsaq, iki ölkənin yığmasını müqayisə etmək çox çətindir.

Buna baxmayaraq, idmanda hər şey ola bilər. Necə ki, "Qarabağ" avrokuboklarda büdcəsi özündən çox olan klublara qalib gəlir".

Digər Xəbərlər
Xəbər Lenti