Azərbaycanın idman naziri: "Bu, asan başa gəlmir"

5 Avqust 2022 09:20 Digər növlər 463
Azərbaycanın idman naziri: "Bu, asan başa gəlmir"

Gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar qitə və dünya çempionatlarında Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb.

Sportinfo.az xəbər verir ki, görüşün əvvəlində cüdoçular, güləşçilər, taekvondoçular və qılıncoynadanların son bir ayda qazandıqları uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

İdmançıları salamlayan F.Qaybov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Nazir bildirib ki, hər dəfə belə görüşlərə dəvət olunan idmançıların sayı daha da çoxalır:

"Bu isə qazanılan uğurların artmasının bariz nümunəsidir. Uğur asan başa gəlmir. Hər medalda bir çox insanın zəhməti var. Yarışlar zamanı sizinlə həyəcanlanır, hər birinizin uğuruna sevinirik".

Görüşdə iştirak edən idmançılar yarışlar və qazandıqları qələbələr barədə məlumat veriblər. Milli komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.

Digər Xəbərlər
Xəbər Lenti