Musayev “Bomba”ya qarşı - FOTO

23 İyun 2022 03:00 Digər növlər 605
Musayev “Bomba”ya qarşı - FOTO

Azərbaycanlı MMA idmançısı Tofiq Musayevin “Bellator”dakı rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, idmançımız bu turnirdə debütünü italyan əsilli amerikalı Adam Pikkolotti ilə döyüşdə edəcək.

“Bomba” ləqəbli Pikkolotti indiyədək 13 qələbə qazanıb və 4 dəfə uduzub. Braziliya ciu-citsusu üzrə qara kəmərə sahib olan idmançının sonuncu qələbəsi fevralın 19-da erməni əsilli ABŞ idmançısı Georgi Karaxanyan üzərində olub.

18 qələbə və 4 məğlubiyyəti olan Tofiq isə aprelin 22-də Zak Zeynlə döyüşdə “Bellator”da debüt etməli olsa da, rəqibinin koronavirusa yoluxması səbəbindən həmin görüş baş tutmamışdı.

“Bellator-283” turniri iyulun 23-də ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutacaq və bu döyüş gecənin dördüncü qarşılaşması olacaq.

Maraqlıdır ki, bu turnirin əsas döyüşünü 2019-cu ilin dekabrın 31-də Tofiq Musayevin “Rizin”də məğlub etdiyi braziliyalı Patriki Pitbull keçirəcək. O, kəmər üçün amerikalı Sidni Autlou ilə döyüşəcək (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti