İki azərbaycanlı bədii gimnast finala çıxdı - Avropa çempionatında

18 İyun 2022 00:20 Digər növlər 411
İki azərbaycanlı bədii gimnast finala çıxdı - Avropa çempionatında

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında çoxnövçülük hərəkətlərində finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, təsnifat mərhələsində Ağamirova 94.400 xalla 8-ci, Cəlilova isə 92.700 xalla 11-ci olub.

Bundan başqa, Ağamirova gürzlə hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq 7-ci yerin sahibi kimi həlledici raunda adlayıb. Cəlilova isə lentlə hərəkətlərdə 30.400 xal toplayıb. O, 8-ci yeri tutaraq, finala yüksəlib.

Zöhrə Ağamirova daha əvvəl topla hərəkətlərdə finala çıxıb. Kamilla Qafarova isə lentlə hərəkətlərdə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı