Titullu idmançı Azərbaycana gəldi - FOTOLAR

10 İyun 03:20 Digər növlər 1 179
Titullu idmançı Azərbaycana gəldi - FOTOLAR

Yarım ağır çəki dərəcəsində UFC-nin sabiq titul iddiaçısı Halil Rauntri iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından bildirilib.

Bu gün idmançı Bakının tarixi hissəsi olan İçərişəhərdə gəzintiyə çıxıb. Rauntri Şirvanşahlar sarayını ziyarət edib, Qız qalasına qalxıb, həmçinin Azərbaycan xalçaçılıq sənəti ilə tanış olub. O, hətta xalça toxuma prosesində iştirak edib.

Bakıdakı UFC gecəsinin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə Halil Rauntri arasında baş tutacaq.

Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!