“Problem var, nəticə verə bilməmişik” – Köhnə-yeni prezident

19 Noyabr 2021 01:00 Digər növlər 399
“Problem var, nəticə verə bilməmişik” – Köhnə-yeni prezident

"Biz ilk dönəmdə çalışdıq və əlimizdən gələni etdik. Özümüzə qiymət verə bilmərik.

Əlbəttə, problem var. Çalışırıq ki, onları minimuma endirək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Üzgüçülük Federasiyasına yenidən prezident seçilmiş Xanlar Fətiyev deyib.

Onun sözlərinə görə, federasiyanın əsas hədəfi kütləviliyi təbliğ etməkdir:

"Çalışırıq ki, beynəlxalq yarışlarda iştirak edək və nəticələr qazanaq. Pis-yaxşı çıxış etmişik. Əvvəl əcnəbi idmançılar idi.

İndi isə yerli üzgüçülərimiz var. Olimpiadada medal qazanmaq istəyirik. Biz heç vaxt yarışlara "Əsas iştirakdır" prinsipi ilə qatılmamışıq. Təəssüf ki, nəticə verə bilməmişik".

Digər Xəbərlər
Xəbər Lenti