Yaşadığı qalmaqaldan danışdı: “Sonra mənə yaxınlaşıb, üzürxahlıq etdi”

23 Sentyabr 2021 14:40 Digər növlər 1 029
Yaşadığı qalmaqaldan danışdı: “Sonra mənə yaxınlaşıb, üzürxahlıq etdi”

MMA döyüşçüsü Nəriman Abbasov dağıstanlı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurovu məğlub etdiyi titul döyüşü barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, bunu deyib:

“Yarışa yaxşı hazırlaşırdıq. Düzünü deyim, ilk raundda qələbə qazanacağımı gözləmirdim. Amma qismət belə imiş və ilk raunddaca qalib gəldik.

Zavurov bu idman növündə əfsanədir və sözünü demiş şəxsdir. Həbib Nurməhəmmədovun dediyi kimi, böyük qardaşdır. Həbib ona baxıb böyüyüb”.

İdmançı döyüşün sonlarında yaşanan qalmaqal barədə də fikirlərini bildirib:

“Elə də böyük qalmaqal olmadı. Rinqə daxil olan şəxs Zavurovun əmisi oğlu idi. Döyüşdən sonra mənə yaxınlaşıb, üzürxahlıq etdi. Orda başqa heç nə yox idi. Hakim saxlayanadək döyüşü davam etdirməlisən”.

Digər Xəbərlər
Xəbər Lenti