Azərbaycan gimnastı Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı

25 Avqust 2023 02:30 Digər növlər 868
Azərbaycan gimnastı Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı

İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən 12-ci pillədə qərarlaşaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdmançımız bu nəticə ilə həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib.

Bu, Paris-2024-ə gimnastika üzrə qazanılan ilk lisenziyadır.

Digər Xəbərlər
Xəbər Lenti