Azərbaycanı dünya çempionatında kimlər təmsil edəcək?

28 Fevral 2021 09:20 Digər növlər 754
Azərbaycanı dünya çempionatında kimlər təmsil edəcək?

İsveçin paytaxtı Stokholmda keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yarışa 4 fiqurlu konkisürən yollanacaq.

Kişilərin yarışında Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova qüvvəsini sınayacaq. Yekaterina Kuznetsova və Aleksandr Kolosovski isə qoşa yarışlarda mübarizə aparacaq.

Sonuncular Ukraynanın Odessa şəhərində başa çatan beynəlxalq turnirdə uğurlu nəticə əldə etdikləri üçün dünya çempionatına vəsiqə qazanıblar.

Dünya çempionatı 21 - 28 martda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi