Azərbaycanlı cüdoçuların ermənilər üzərində qələbələri - VİDEO

23 İyul 2020 14:08 Cüdo 647
Azərbaycanlı cüdoçuların ermənilər üzərində qələbələri - VİDEO

Azərbaycan cüdoçuları indiyədək Ermənistan təmsilçiləri üzərində bir çox mötəbər yarışda qələbələr qazanıblar.

Onlardan ən diqqətçəkəni 2009-cu ildə Yerevanda gənclərin Avropa çempionatı zamanı Elmar Qasımovun (100 kq) qızıl medal qazanaraq, Azərbaycan himnini səsləndirməsi və bayrağımızı ucaltması olub.

Digər cüdoçulardan Rüstəm Orucov (73 kq) 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının 1/4 finalında Ferdinand Karapetyanı məğlubiyyətə uğradıb.

O, sonda gümüş medal əldə edib. Eyni çəkidəki Hidayət Heydərov isə həmin Karapetyanı təsəllüverici görüşdə məyus edərək, bürünc medala yiyələnib.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasının ermənilər üzərində qələbələrdən bəhs edən videosunu təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti