Elnurun 13 saniyəyə məğlub etdiyi məşhur həbs olundu - FOTO

3 May 2020 22:20 Cüdo 722
Elnurun 13 saniyəyə məğlub etdiyi məşhur həbs olundu - FOTO

Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Cənubi koreyalı cüdoçu Van Ki Çun həbs olunub.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı idmançı yetkinlik yaşına çatmamış qıza qarşı cinsi zorakılıqda ittiham olunur.

Artıq Tequ şəhərinin Polis İdarəsi də hadisəni təsdiqləyib. Bildirilib ki, istintaq mart ayında asiyalı cüdoçu ilə bağlı şikayətdən sonra başlayıb. İşin gələn həftə prokurorluğa göndəriləcəyi gözlənilir.

Van Ki Çun Pekin Olimpiadasında finalda azərbaycanlı cüdoçu Elnur Məmmədliyə uduzaraq ikinci olub. Rəqibini 13 saniyəyə ipponla məğlub edən Məmmədli həmin vaxt Olimpiadanın qızıl medalını qazanmışdı.

Onlar daha əvvəl 2007-ci ildə Braziliyada keçirilən dünya çempionatının finalında üz-üzə gəlmişdilər. Həmin dueldən isə koreyalı idmançı qalib ayrılmışdı. Onun hesabında olimpiya 2-ciliyi ilə yanaşı, dünya çempionatının 2 qızıl (2007, 2009) və bir bürünc medalı (2010) da var.

Van Kin Çun daha əvvəl 2009-cu ildə gecə klubunda baş vermiş qalmaqala görə həbs olunub. Sadəcə, həmin vaxt idmançıya qarşı heç bir ittiham irəli sürülmədiyindən insident qısa zamanda həllini tapıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"