Kamil Zeynallı bu dəfə mili üzvləri ilə maddi yardım payladı - VİDEO+FOTOLAR

30 Aprel 2020 20:40 Cüdo 1 033
Kamil Zeynallı bu dəfə mili üzvləri ilə maddi yardım payladı - VİDEO+FOTOLAR

Ölkəmizdə koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Xüsusilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstəyin göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.

Sportinfo.az xəbər verir ki, cüdo üzrə Azərbaycan milli komandasının üzvləri də Heydər Əliyev Fondunun #BizBirlikdəGüclüyük! layihəsinə qoşulub, Bakı şəhərində sosial aksiya həyata keçiriblər.

Şəhərin müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan 100 ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib.

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının mükafatçıları olan cüdoçularımız onlara verilən prezident mükafatından yüz ailəyə yardım göstərib və bütün idmançı dostlarını da imkansız ailələrə yardım etməyə səsləyib.

Cüdo üzrə həm kişilər, həm də qadınlardan ibarət milli komandalarımızın təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına əsasən, çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də maddi yardıma ehtiyacı olanlara və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.

Azərbaycan yığmasının kapitanı, Avropa və dünya çempionatlarının mükafatçısı Nicat Şıxəlizadə və Rio Olimpiya Oyunlarının gümüş medalçısı, Avropa və dünya çempionatlarının mükafatçısı Elmar Qasımov ailələrə baş çəkərək cüdoçularımız adından onlara ərzaq paylayıb.

Yardımların paylanılmasında onlara fitnes məşqçisi Kamil Zeynallı kömək edib. Xatırladaq ki, daha öncə "Neftçi" klubu K.Zeynallı vasitəsilə imkansız ailələrə maddi yardım paylamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"