Azərbaycan yığmasının üzvləri sözü bir yerə qoyub… VİDEO

10 Aprel 2020 09:28 Cüdo 634
Azərbaycan yığmasının üzvləri sözü bir yerə qoyub… VİDEO

Azərbaycan Cüdo Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb.

Sportinfo.az xəbər verir ki, videoçarxda milli komanda üzvlərindən Məmmədəli Mehdiyev, dünya və Avropa mükafatçıları Nıcat Şıxəlizadə ilə Orxan Səfərov, həmçinin, Avropa çempionu, olimpiya və dünya mükafatçısı Rüstəm Orucov çəkiliblər.

Cüdoçular əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa, koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmaması üçün həmrəyliyə səsləyiblər.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün onlar əhaliyə “#Evdeqal” mesajını veriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti