Gedin, bir də 2021-ci ildə Bakıya gələrsiz!

4 Aprel 2020 17:24 Cüdo 518
Gedin, bir də 2021-ci ildə Bakıya gələrsiz!

May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb.

Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, qurum Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən,

Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə razılıq əldə edib. Anlaşmaya əsasən, turnir 2021-ci ilin mayında baş tutacaq və Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi son təsnifat yarışı olacaq.

IBSA həmçinin bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi üçün komitəyə müraciət edib. Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın təşkili ilə bağlı müzakirələr aparılacaq.

Digər Xəbərlər
Xəbər Lenti