"Bəli, bizə çox çətindir, amma mən daha güclü olacam"

25 Mart 2020 23:00 Cüdo 595
"Bəli, bizə çox çətindir, amma mən daha güclü olacam"

Cüdoçu Rüstəm Orucov (73 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması barədə fikrini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Rio-2016-nın 28 yaşlı gümüş mükatçısı gələn il daha güclü olacağına inandığını deyib:

"Dünyada yayılan koronavirus pandemiyası səbəbindən olimpiya oyunları gələn ilə qədər təxirə salınıb. Bəli, bizim üçün çox çətindir, amma insanların sağlamlığı əsasdır!

Tezliklə hər şeyin yaxşı olacağına ümid edirəm. Düşüncələrimiz və dualarımız COVID-19-dan zərər çəkmiş insanlarla olur. Tanrı hamınızı qorusun! Əlbəttə, 2021-ci ildə olimpiya oyunları üçün daha güclü olacam!".

Digər Xəbərlər
Xəbər Lenti