Fərid dünya çempionu oldu - Uzaq Ekvadorda

22 Avqust 04:20 Cüdo 485
Fərid dünya çempionu oldu - Uzaq Ekvadorda

Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə -50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qızıl medal qazanıb.

Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb.

Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın Dövlət Himnini səsləndirib.

Digər Xəbərlər
Xəbər Lenti