Azərbaycan yığması koronavirusa görə Qran-priyə gedə bilmədi

5 Mart 2020 01:52 Cüdo 926
Azərbaycan yığması koronavirusa görə Qran-priyə gedə bilmədi

Mərakeşin paytaxtı Rabatda 6 - 8 martda keçirilməsi planlaşdırılan cüdo üzrə Qran-pri turniri ləğv olunub.

Sportinfo.az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus epidemiyasının yayılmasıdır.

Yarış Mərakeş hökumətinin qərarı ilə ləğv edilib. Bildirilib ki, ölkədəki bütün beynəlxalq idman yarışları, sərgilər və kütləvi toplantılar ləğv edilib və ya təxirə salınıb.

IJF gözlənilməz qərarla bağlı üzr istəyib. Yarışda öncədən Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti