Polşada yalnız Yaşar bunu bacardı - VİDEO

1 Mart 2020 12:20 Cüdo 913
Polşada yalnız Yaşar bunu bacardı - VİDEO

Polşanın paytaxtı Varşavada kişi və qadın cüdoçular arasında Açıq Avropa turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycanı 11 kişi və 7 qadın tatami ustası təmsil edir.

İlk yarış günündə yalnız Yaşar Nəcəfov fəxri kürsüyə yüksəlməyi bacarıb. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı bürünc medal qazanıb.

Nəcəfov ardıcıl olaraq, macarıstanlı Çaba Sabo və fransalı Rişar Verqneni mübarizədən kənarlaşdırsa da, 1/4 finalda monqolustanlı Sumiyabazar Enxtayvana uduzub.

Təsəlliverici görüşdə o, italiyalı Andrea Karlinonu, 3-cü yer uğrunda qarşılaşmada isə ispaniyalı Xusto Nunyes Rodrigesi yenməyi bacarıb. Açıq Avropa turnirinə martın 1-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR