Çempion 2 il müddətinə bütün yarışlardan kənarlaşdırıldı

26 Yanvar 2020 11:20 Cüdo 844
Çempion 2 il müddətinə bütün yarışlardan kənarlaşdırıldı

Braziliya cüdoçusu Rafaela Silva iki il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası qərar çıxarıb.

28 yaşlı idmançıdan 2019-cu ildə Perunun paytaxtı Limada keçirilmiş Panamerikan Oyunları zamanı dopinq testi götürülüb. 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçunun orqanizmində fenoterol maddasi aşkarlanıb.

Bu onu 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etmək imkanından məhrum edə bilər. Silva İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətindədir. Rafaela Silva 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibidir.

Digər Xəbərlər
Xəbər Lenti