Cüdoçularımız ilk "üçlük"də

17 Dekabr 2019 15:58 Cüdo 1 017
Cüdoçularımız ilk "üçlük"də

Cüdo üzrə Azərbaycan yığmasının üzvü Rüstəm Orucov dünya reytinq cədvəlində 73 kq çəkidə ilk pilləyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə idmançı "İnstaqram" hesabında paylaşım edib. O, 5921 xalla liderliyi ələ alıb.

İkinci yerdə yaponiyalı Haşimoto Soiçi qərarlaşıb. İlk “3-lük”də daha bir azərbaycanlı cüdoçu yer alıb. Rüstəm Orucovla eyni çəkidə mübarizə aparan Hidayət Heydərov 3-cü yerə sahib çıxıb. Onun hesabında 4623 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!