Cüdoçumuz gümüş medal qazandı - "Masters" turniri

14 Dekabr 2019 15:50 Cüdo 1 125
Cüdoçumuz gümüş medal qazandı -

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu "World Masters" yarışı başa çatıb.

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Qadınların yarışında +78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska Fransa, Çin, Braziliya və Koreya cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Niderland təmsilçisi Tessi Savelkoulsa uduzan cüdoçumuz mötəbər yarışın gümüş medalını qazanıb.

Xatırladaq ki, bu millimizin Çində qazandığı ikinci medal olub. Yarışın ikinci günü Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Qeyd edək ki, mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq