Cüdoçumuz finala çıxdı

14 Dekabr 2019 12:48 Cüdo 1 346
Cüdoçumuz finala çıxdı

Çinin Tsindao şəhərində nüfuzlu "World Masters" cüdo turniri davam edir. Sportinfo.az xəbər verir ki, yarışın sonuncu - 3-cü günündə Azərbaycan milli komandasının 5 üzvü tatami üzərinə çıxıb.

Onlardan yalnız 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska ümidləri doğruldub. Milliləşdirilmiş ukraynalı cüdoçu ilk qarşılaşmada Anna-Fatumat Mbairoya (Fransa) qalib gəlib. Daha sonra yerli idmançı Yanan Jianqa da qalib gələrək 1/4 finala yüksəlib. Burada braziliyalı Beatriz Souzanı məğlub edən İrina yarımfinalda Cənubi Koreya təmsilçisi Hayun Kimlə üz-üzə gəlib. Güclü rəqibini də üstələyən Kindzerska finala vəsiqə alıb. Həlledici görüşdə onun rəqibi Tesso Savelkouls (Hollandiya) olacaq.

Bu gün mübarizəyə qoşulan digər 4 cüdoçumuz isə mükafatçılar sırasına düşə bilməyib. Onlardan 3-ü elə ilk görüşədəcə uduzaraq mübarizəni dayandırıb. Məmmədəli Mehdiyev (90 kq) Aleksandr Kukola (Serbiya), Elmar Qasımov (Peter Palçikə (İsrail), Zelim Kotsoyev (100 kq) isə Arman Adamyana (Rusiya) məğlub olub.

Uşanqi Kokauri (+100) rusiyalı Ruslan Şahbazova qalib gəlsə də, 1/8 finalda David Mouraya (Braziliya) uduzaraq çıxışını başa vurub.

Azərbaycan millisi yarışa 11 cüdoçu ilə qatılıb. Təmsilçilərimizdən yalnız Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq