Cüdoçularımız Qazaxıstan çöllərində ölümlə üz-üzə

7 Dekabr 2019 13:15 Cüdo 959
Cüdoçularımız Qazaxıstan çöllərində ölümlə üz-üzə

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsilə üz-üzə qalıb.

Sportinfo.az xəbər verir ki, dekabrın 6-da gecə saatlarında Atırau vilayətində polis Atırau-Həştərxan avtomobil yolunda xarab olub qalmış "Mercedes Sprinter” mikroavtobusu aşkar edib.

Avtobusun salonunda 16 məktəbli və onları müşayiət edən üç yetkin şəxs soyuqdan donma təhlükəsi ilə üzləşib. Məlum olub ki, mikroavtobus Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət komandasını Atırau vilayətinə beynəlxalq yarışa aparırmış.

"Patrul ekipajı operativ şəkildə uşaqları rayon polis bölməsinə aparıb. Qonaqlara isti yemək və çay veriblər. Bir müddət sonra polis departamenti rayon icra hakimiyyəti ilə birlikdə uşaqların başqa avtobusla vilayət mərkəzinə aparılmasını təşkil edib. Polislər uşaqları Atırau şəhərinə qədər müşayiət ediblər” - regional polis idarəsinin açıqlamasında deyilir.

Bildirilir ki, Bakıdan olan gənc cüdoçular dekabrın 10-a qədər Atırauda qalacaqlar. "Onlar sadəcə olaraq donub ölə bilərdilər, çünki avtobus xeyli vatdır şaxtada dayanmışdı”, polis departamentindən bildiriblər.

Departamentdən əlavə ediblər ki, yarışlar başa çatana qədər Azərbaycan yığmasının mikroavtobusu təmir ediləcək və onlar komandanı hökmən yolda müşayiət edəcəklər. Mikroavtobusun sürücüsü Murad Səfiyev xilas olduqları üçün Atırau polisinə minnətdarlıq edib və bu məqsədlə videomüraciət yayıb. (virtualaz.org)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu