Azərbaycan "Tokio-2020"yə daha bir lisenziya qazandı

7 Dekabr 2019 13:00 Cüdo 1 118
Azərbaycan "Tokio-2020"yə daha bir lisenziya qazandı

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, taekvondo yığmamızın liderlərindən Milad Beiqi Herçeqani rus Maksim Xramçovla Qran-pri finalının nəticəsindən asılı olmayaraq 4 illiyin ən möhtəşəm idman yarışına vəsiqəni təmin edib.

Hərçəqani buna dünya sıralamasındakı mövqeyi ilə nail olub. Dünya və Avropa çempionumuz, "Rio-2016"nın bürünc medalçısı reytinq cədvəlində ikinci pillədə qərarlaşıb. Reytinqdə ilk "5-lik"də yer tutan taekvondoçular olimpiadada birbaşa iştirak hüququ əldə edirlər.

Digər Xəbərlər
Xəbər Lenti