Cüdoçularımız ilk gündə medalsız qaldılar

22 Noyabr 2019 11:51 Cüdo 839
Cüdoçularımız ilk gündə medalsız qaldılar

Yaponiyanın Osaka şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, Nicat Şıxəlizadə bürünc medal qazanmaq şansını əldə verib.

66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz təsəlliverici görüşdə ispaniyalı Daniel Roman Perezə uduzub və 7-ci yerlə kifayətlənlənib.

Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan Azərbaycanın digər 6 cüdoçusu - Leyla Əliyeva, Aişə Qurbanlı Gültac Məmmədəliyeva (hamısı 48 kq), Kəramət Hüseynov, Davud Məmmədsoy ( hər ikisi 60 kq), Orxan Səfərov (66 kq) mükafatçılar sırasına düşə bilməyiblər.

"Böyük Dəbilqə"də 87 ölkədən ümumilikdə 486 idmançı - 280 kişi və 206 qadın cüdoçu mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti