"Tokio-2020" üçün Kamerunda qazanılan lizenziya xalları

10 Noyabr 2019 14:26 Cüdo 554
"Tokio-2020" üçün Kamerunda qazanılan lizenziya xalları

Kamerunda cüdo üzrə Afrika Açıq Kuboku yarışı başa çatıb.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.

Milli komandamızın bütün üzvləri Kamerunda medal qazanmağa müvəffəq olublar. Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək yarışın çempionu olublar. 52 kq çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq 2-ci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxçedev (57 kq) isə bürünc medala layiq görülüb.

Afrika Açıq Kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti