Azərbaycan cüdoçusu Avropa çempionu adını qazandı

3 Noyabr 2019 12:10 Cüdo 702
Azərbaycan cüdoçusu Avropa çempionu adını qazandı

Azərbaycan idmançısı Rusiyanın İjevsk şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinin qalibi adını qazanıb.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə bütün rəqiblərini məğlub edən Rəşid Məmmədəliyev (73 kq) qitə çempionu olub.

O, final qarşılaşmasında Rusiya təmsilçisi Ayub Xacaliyevi məğlub edib. Bu, komandamızın Avropa birinciliyində qazandığı ikinci medaldır. Yarışın ilk günündə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Osmanov gümüş medalı aktivinə yazdırıb.

Avropa birinciliyində 33 ölkədən 235 idmançı (135 kişi, 100 qadın) mübarizə aparır. Ölkəmiz yarışa 9 cüdoçu ilə qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti