DÇ-2019: Mübarizəyə ağırçəkililər qoşulur

19 Oktyabr 2019 10:53 Cüdo 586
DÇ-2019: Mübarizəyə ağırçəkililər qoşulur

Mərakeşdə təşkil edilən cüdo üzrə dünya çempionatı sona yaxınlaşır. Bu gün Azərbaycan millisinin üzvlərindən daha ikisi tatami üzərinə çıxacaq. Sportinfo.az xəbər verir ki, mübarizəyə ağır çəkili cüdoçulaırmız qoşulacaq.

Püşkə əsasən 100 kq çəki dərəcəsində mübarizə aparan Abdulla İsmayılov ilk görüşdə mərakeşli Dris Nassişlə qarşılaşacaq.

100 kq-dan yuxarı çəki dərəcəsində (+100) isə İmran Yusifov ilk görüşdə Çili təmsilçisi Fransisko Solislə üz-üzə gələcək.

Xatırladaq ki, dünya çempionatında hələki 2 təmsilçimiz medal qazanıb. Əhməd Yusifov (60 kq) gümüş, İbrahim Əliyev isə (66 kq) bürünc medala sahib çıxıb. Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.

Dünya çempionatına bu axşam yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti