İlk gündə 2 medal

17 Oktyabr 2019 10:33 Cüdo 561
İlk gündə 2 medal

Ötən gün Mərakeşdə start götürən cüdo üzrə gənclər arasında dünya çempionatının ilk günü milli komandamız üçün uğurlu olub. Sportinfo.az xəbər verir ki, ilk günün yekunlarına görə, Azərbaycanın iki cüdoçusu fəxri kürsüyə yüksəlib.

60 kq çəki dərəcəsində Əhməd Yusifov finalda rusiyalı Konstantin Simeonidisə uduzaraq gümüş medalla kifayətlənib. 66 kq çəkidə çıxış edən İbrahim Əliyev isə bürünc medal uğrunda görüşdə rumıniyalı Lusian Dumitreskudan güclü olub. Ümumiyətlə, ötən gün tatami üzərinə ölkəmizin 5 təmsilçisi çıxıb. Rövşən Əliyev (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) elə ilk görüşdə, Davud Abbaslı (66 kq) isə 1\8 finalda məğlub olub.

Bu gün daha 2 cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulacaq. Oğlanların yarışında Yaqub Cavadov (73 kq) ilk görüşdə bolqarıstanlı Mark Xristovla, qızların mübarizəsində isə Südabə Ağayeva (63 kq) İzabella Harrislə (Kanada) qarşılaşacaq.

Dünya çempionatında 81 ölkədə 294-ü oğlan, 223-ü qız olmaqla 517 cüdoçu iştirak edir. Azərbaycan millisi yarışda 9 oğlan və 2 qız idmançı ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!